Almaz (1936)

1930-cu illər. Ucqar bir kəndə işləməyə gələn gənc qadın müəllim Almaz burada yeni quruluşun inkişafı və möhkəmləndirilməsi yolunda maneələrlə qarşılaşır.

“Almaz” filmində dialoqlar ara titrləri (yazı) vasitəsilə verilir. Filmdə hadisələri musiqi müşayiət edir. Film üçün xüsusi müsiqi bəstələndiyinə görə bəzi mənbələrdə “Almaz” səsli film kimi də göstərilir.

Filmin natura çəkilişləri Şamaxının Dədəgünəş kəndində aparılıb. Məktəbin həyəti səhnəsi  kinofabrikin həyətində, məscid səhnəsi Maştağada çəkilib.

Filmə Cəfər Cabbarlı özü quruluş verməli idi. O, hətta filmin çəkilişi ilə bağlı bütün hazırlıq işlərini də görüb başa çatdırmışdı. Lakin qəfil ölüm onun bu işini yarımçıq qoydu.

Film Cəfər Cabbarlının xatirəsinə ithaf olunub.

Film Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilib.

Film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilib.

İstehsalçı ölkə:

Azərbaycan

İstehsalçı:

Azərfilm

Müddət:

65 dəqiqə

Yaş həddi:

12+

İlk baxış tarixi:

25 dekabr 1936

Janr:

dram

İndi paylaş:

Növü:

tammetrajlı bədii film

Reytinq verin

Reytinqlər tövsiyyələrinizi mükəmməlləşdirir