HAQQIMIZDA
Kinobiz.az - Azərbaycan kinosunun ən geniş məlumat bazasıdır.
Kinobiz.az - Azərbaycan kinosunun ən geniş məlumat bazasına sahib mənbədir.
Bu saytda Azərbaycanda 1898-ci ildən indiyə qədər müxtəlif istehsal şirkətləri tərəfindən çəkilmiş filmlər haqqında məlumat yerləşdirilib.
Saytda habelə filmlərin yaradıcı heyəti haqqında ətraflı məlumatlar, kino haqqında müxtəlif məqalələr, operativ, yeni və eksklüziv xəbərlər yerləşdirilib.
Sayt Azərbaycan kinosunun hər hansı bir şəkildə əlaqədar olduğu hər bir festival/müsabiqə haqqında informasiya verir, audiovizual sahədə çalışan qurum və təşkilatların məlumatları paylaşılır.
Bundan başqa saytda kino tədbirlərinin anonsu və elanları, yeni layihələrin hər mərhələsi haqqında bilgi yer alır.
İki dildə - azərbaycan və ingilis dilində olan Kinobiz.az həm kino mütəxəssisləri, həm ölkə kinosu haqqında məlumat almaq istəyən xarici vətəndaşlar, həm də kinosevərlər üçün nəzərdə tutulub.
Kinobiz.az – Kino haqqında internet platforması – bütün kinosevərlərin əsas müraciət mənbəyidir.
Kinobiz.az, Azərbaycan kinosunun keçmişi, bu günü və gələcəyini bir platformada birləşdirən ən geniş və sistemli məlumat bazasıdır.
Kinobiz.az sadəcə məlumat bazası deyil, kulturoloji, tarixi və industitiv platforma rolunu oynamaq gücündədir. Platforma özündə həm sənədli arxiv, həm informasiya platforması, həm də sosial şəbəkə ünsürü daşıyır – bu isə onu digər lokal və regional təşəbbüslərdən fərqləndirir.
ƏSAS MƏQSƏDLƏR:
Milli kino irsini sənədləşdirmək və təqdim etmək
Yeni nəsil istifadəçilərə kinonu sevdirmək və tanıtmaq
Peşəkar kino mühitini bir araya gətirmək
İnvestisiya və sənaye əlaqələri üçün şəffaf kino bazası yaratmaq
KinoBiz – Bizim kino deməkdir. Bizim kino, bizdə kino, biz kinoda, biz və kino. Kinobiz.az-ın bizə aid olan BİZ qolunu təşkil edir.
KinoBiz – "Biz" biznesin qısaldılmasıdır. Kino dünyada əyləncə sektorunun ən böyük hissəsini təşkil edir. Kino sənayesi iqtisadi, siyasi, mədəni baxımdan bütün olaraq böyük bir gücdür.
KinoBiz – "Biz" bizləmək, təndiq etmək deməkdir. Tənqid olmasa inkişaf olmaz. Əgər ortada bir iş varsa, mütləq səhvlər də olacaq. Tənqid həm də bu səhvlərin görülməsi, müzakirəsi, növbəti mərhələ üçün düzəldilməsi deməkdir. Hər bir yaradıcı iş müəllifin baxışını əks etdirir. Dünyada yaşayan hər bir insanın eyni hadisəyə baxış bucağı fərqli ola bilər. Tənqid bu baxışları qarşı-qarşıya gətirir.

Azərbaycan kinosunun möhtəşəm tarixi, ənənəsi və sənətkarları olub. Kinomuz var. davam edir və yaşayacaq!
Ramil Ələkbərov
Təsisçi