Boş yer (II) (2025)

Yazıçı olmaq istəyən gənc Azər Kollecə qəbul olunur. O, utancaqlığına, keçmişin ağır xatirələrinə baxmayaraq sinif yoldaşları ilə ünsiyyət qurmağa başlayır. Fərqli xarakterli tələbələrlə yaxınlaşdıqca onun həyatında ilk dəfə real dostluq münasibətləri formalaşır. Xüsusilə Bahar onun üçün motivasiyaya çevrilir, Məlo isə çətin uşaqlığını Azərlə bölüşərək iki gəncin ortaq ağrılarını birləşdirir. Leyla müəllimənin böyük dəstəyi ilə Azərin hekayələri çap olunur, o, sinifdə nümunəvi tələbə kimi tanınır. Lakin məktəb tədbirində onun ən böyük sirri - kimsəsizlər evində böyüməsi hamının içində açıqlanır və Azərin dünyası dağılır. Bu anda dostlarının onu tək buraxmaması, xüsusilə Baharın və Məlonun yanında dayanması Azərin həyatında dönüş nöqtəsinə çevrilir.

İstehsalçı ölkə:

Azərbaycan

Müddət:

101 dəqiqə

Yaş həddi:

12+

İlk baxış tarixi:

20 noyabr 2025

Kinoteatr nümayiş tarixləri:

20 noyabr 2025 - 04 dekabr 2025

Kinoteatr nümayiş şəbəkəsi:

Nizami Kino Mərkəzi

Texniki göstəricilər:

16:9

Janr:

dram

İndi paylaş:

Növü:

tammetrajlı bədii film

Reytinq verin

Reytinqlər tövsiyyələrinizi mükəmməlləşdirir