Panfiliya Tanailidi
Vəfat tarixi:
15 oktyabr 1938
Panfiliya Nikolayevna Tanailidi Zəngəzur mahalının Basarkeçər kəndində anadan olub.
Milliyətcə pont yunanı əsillidir. Ailəsi buraya Türkiyənin Qars şəhərindən gəlib və bir müddət yaşayandan sonra Tiflisə köçüblər. Ən müxtəlif ritmli rəqsləri uşaq yaşlarından məharətlə oynayıb. On dörd yaşından Tiflisin Kazyonnı Teatr, Zubalov adına “Xalq evi” kimi böyük salonlarında azərbaycanlıların keçirdikləri müsamirələrdə, müxtəlif həvəskar teatr truppaların hazırladıqları tamaşalarda “Zəngəzurskaya” və “Sürəyya” təxəllüsləri ilə çıxışlar edib. Mustafa Mərdanov və Mirseyfəddin Kirmanşahlının təşkil etdikləri truppa-dəstələrlə İranda, Türkiyədə qastrollarda tamaşalarda oynayıb. Bu dövrdə ayrı-ayrı illərdə Bakıya gələrək müxtəlif teatr dəstələrinin tərkibində tamaşalarda oynayıb.
Tiflis Dövlət Azərbaycan Teatrının yaradıcılarından biri olub.
1925-ci ildə Milli Dram Teatrının truppasına daxil olub.
1937-ci ildə tüğyan edən şəxsiyyətə pərəstiş dövrünün repressiyası ondan da yan keçməyib. Dekabr ayının 15-dən 16-na keçən gecə həbs olunub.
1938-ci il oktyabr ayının 15-də Bakıda gullələnib. Məzarı yoxdur. 1957-ci ildə bəraət verilib.