Doğma torpaq (2025)

1992-ci il. Müstəqil Azərbaycan Qarabağda separatçılara qarşı mübarizə aparır. Jurnalist Miranda Qafqaz bəbiri haqqında sənədli film çəkmək üçün Londondan Azərbaycana gəlir. Tale onu kəşfiyyatçı Emillə bir araya gətirir. Onlar birlikdə çətin sınaqlardan keçirlər, bu sınaqlar zamanı Miranda Qafqaz bəbiri və Azərbaycanın müasir tarixinin faciəli səhifələri haqqında çox şey öyrənir. Film Azərbaycanın yaxın tarixinin üç vacib mərhələsini işıqlandırır: Ermənistanda yaşayan azərbaycanlıların öz yurdlarından qovulması, birinci Qarabağ müharibəsi, xüsusən Xocalı soyqırımı və 2020-ci ilin Vətən Müharibəsindəki qələbə.

Filmin çəkilişləri 2021-ci ilin mart-aprel və sentyabr-oktyabr aylarında aparılıb. Çəkilişlər Qobustan, Quba, Bərdə, Zaqatala, Qax rayonlarında, Bakı və Şuşa şəhərlərində həyata keçirilib.

Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə çəkilib.

İstehsalçı ölkə:

Azərbaycan

Müddət:

136 dəqiqə

Yaş həddi:

18+

İlk baxış tarixi:

18 aprel 2025

Kinoteatr nümayiş tarixləri:

24 aprel 2025 - 25 iyun 2025

Kinoteatr nümayiş şəbəkəsi:

Cinemastercard , Park Cinema , Nizami Kino Mərkəzi

Texniki göstəricilər:

2.35:1

İndi paylaş:

Növü:

tammetrajlı bədii film

Reytinq verin

Reytinqlər tövsiyyələrinizi mükəmməlləşdirir