Rza Təhmasib

Rejissor Ssenari müəllifi Aktyor İkinci rejissor

Doğum tarixi:

20 aprel 1894

Vəfat tarixi:

14 fevral 1980


Rza Abbasqulu oğlu Təhmasib Naxçıvanda anadan olub.

“Məktəbi-tərbiyə”də (1901-1906) və Naxçıvan şəhər məktəbində (1906-1909) təhsil alıb.

1918-ci ildə Naxçıvanda baş verən hadisələr zamanı ermənilərin törətdiyi qırğınların qarşısının alınması üçün özünümüdafiə dəstələrinin tərkibində düşmənə qarşı mübarizə aparıb.

1918-ci ildən sonra fəaliyyətini Bakı şəhərində davam etdirib. Sovet hakimiyyəti qurulduqdan sonra – 1921-ci ildə Türkiyəyə getmək, diplomatik nümayəndəlikdə tərcüməçi vəzifəsində çalışmaq təklifini alıb. 1921-ci ilin sentyabrında Türkiyəyə gedən 28 nəfərlik Azərbaycan nümayəndə heyətinin tərkibinə salınan İnformasiya şöbəsinin iki əməkdaşından biri olub. 1922-ci ilin avqustunda Vətənə geri dönüb və sonrakı dövr fəaliyyətini teatr və kino sənətinin inkişafına həsr edib.

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1937, Sergey Eyzenşteynin emalatxanası).

Səhnə fəaliyyətinə 1910-cu ildə Tiflisdə Müsəlman Artistləri İttifaqının teatr truppasında başlayıb. 1920-ci ildən Azərbaycan Dövlət Dram Teatrında aktyor, rejissor, bədii rəhbər (1922-1924), direktor (1937-1938, 1953-1959), kinostudiyada rejissor, bədii rəhbər vəzifələrində işləyib.

Əməkdar incəsənət xadimi (1943), Xalq artisti (1964), SSRİ Dövlət mükafatı laureatı (1946) Rza Təhmasib 1980-ci ildə vəfat edib.

Rejissor, aktyor Rza Təhmasib yazıçı, dramaturq Məmmədhüseyn Təhmasibin qardaşıdır.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu