Məmməd Əlili

Aktyor İkinci rejissor Rejissor assistenti Rejissor köməkçisi

Doğum tarixi:

07 noyabr 1898

Vəfat tarixi:

13 iyun 1993


Məmməd Əli oğlu Əlili Bakıda anadan olub.

Ailənin dolanışığına kömək etmək məqsədilə kiçik yaşlarından müxtəlif işlərlə məşğul olub. Mollaxanada oxuduğu müddətdə “Neft və milyonlar səltənətində” filmində çəkilib. Cəfər Cabbarlı onu məktəbə cəlb edib. Bakı Teatr Texnikumunda təhsil alıb (1929). Teatrda suflyor, truppa müdiri, tamaşa idarəedicisi, rejissor assistenti, rejissor kimi işləyib. 1932-ci ildə Moskvada Malı Teatrın yardım heyətində işləyə-işləyə rejissorluğu öyrənib. Çeçen-İnquş MSSR-ə peşəkar teatr yaratmaq məqsədilə ezam edilib. Cəfər Cabbarlı onu Bakıya dəvət edib. “Dənizi fəth edənlər” filminin çəkilişləri zamanı yanğının içində bəzi kadrları çəkib və səhnə elə buna görə də təbii alınıb. Onu Neft Daşlarının fəxri vətəndaşı elan ediblər.

Xarici film istehsalçılarının “Azadlıq şirin sözdür” (1972, rejissor Vitautas Jalakyaviçyus / Rusiya, Litva) filmində çəkilib.

Əməkdar incəsənət xadimi (1960) Məmməd Əlili 1993-cü ildə vəfat edib.

Rejissor, aktyor Məmməd Əlili aktyor Qorxmaz Əlilicanzadənin atasıdır.