Əsgər İsmayılov

Operator İkinci operator Quraşdırılmış səhnələrin operatoru Ssenari müəllifi Rejissor assistenti

Doğum tarixi:

01 aprel 1905

Vəfat tarixi:

13 noyabr 1983


Əsgər Cəfər oğlu İsmayılov Tiflisdə anadan olub.

Moskvada Ali Rəssamlıq Texniki İnstitutuna daxil olub (1928). İki ildən sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna köçürülüb.

1936-cı ildə təhsilini başa vuraraq Bakıya qayıdıb, “Azərfilm” kinostudiyasında çalışmağa davam edib. Moskvaya göndərilərək rəngli filmlərin texnologiyasını öyrənib. 1947-ci ildə ilk rəngli sənədli film olan “Bakıdan Göy-Gölədək” ekran əsərini çəkib. Kinostudiyada dərnək təşkil edib, filmlərin rəngli çəkilməsi texnikasını həmkarlarına öyrədib. Onun təşəbbüsü və redaksiyası altında rəngli film texnikası üzrə xüsusi dərslik alman dilindən tərcümə olunub.

Əməkdar incəsənət xadimi Əsgər İsmayılov 1983-cü ildə vəfat edib.