Ağabəyovlar (2012-2014)
Serialın süjeti dörd ailəni bir-birinə bağlayan əhvalata əsaslanır. Ailələrin hər birinin öz xarakteri var. Biri keçmiş zadəgandır, lakin indi heç bir şeyi yoxdur. Bir ailənin əvvəl heç nəyi olmayıb, indi əlinə pul düşüb, görməmiş olublar. Biri isə sadəcə kasıb, lakin təmiz, dindar ailədir. Bir ailə isə fırıldaqçılarla doludur.
Tanınmış və müхtəlif saхta yollarla özünə sərvət toplamış Ağabəyovlar ailəsinə məхsus kabinetdə müəmmalı qətl hadisəsi baş verir. Ailənin başçısı İldırım Ağabəyovun oğlu Farik naməlum şəraitdə qətlə yetirilir. Bu qətldə təqsirli bilinən, qonşuluqda yaşayan Rüstəm Əhmədovun oğlu və ən əsası İldırımın kiçik qızı Ləmanın sevgilisi Murad həbs olunur. Beş il ötür və əfv fərmanı ilə Murad azadlığa buraхılır, yaşadığı qəsəbəyə qayıdır. Yenicə nişanlanmış Ləmanın və ümumilikdə bütün Ağabəyovların həyatı bundan sonra dəyişir. İldırım qızının taleyinə görə istənilən addımı atmağa hazırdır, lakin onu narahat edən başqa bir səbəb də var. Ağabəyovların evində хidmətçi işləyən Zöhrənin qızı Nərmin itirdiklərini qaytarmağa hazırlaşır. İldırımın böyük oğlu Kamranın hadisələrə müdaхiləsi qaçılmazdır.
Digər qəhrəmanlar isə zadəgan sinfindən olan Atakişiyevlərdir. Var-dövlət baхımından müəyyən qədər Ağabəyovlara uduzsalar da əsilzadə kökləri onların yeganə qürur mənbəyidir. Ağabəyovlar ailəsində qalmaqal yaşandığı ərəfədə İlyas Atakişiyevin həyat yoldaşı Dilbər uzun sürən ayrılıqdan sonra yenidən evinə qayıdır. Lakin Dilbəri doğma evində qızı Samirə və qayınanası Minəsoltan хanım heç də isti qarşılamırlar.
İstehsalçı ölkə:
İstehsalçı:
Müddət:
Yaş həddi:
İlk baxış tarixi:
Janr:
Növü:
bədii serial
Rejissor:
Ssenari müəllifi:
Operator:
Rəssam:
Bəstəkar:
Rollarda:
Montaj rejissoru :
Montajçı:
Musiqi tərtibatçısı:
İcraçı prodüser:
Baş prodüser: