Əlisəttar Məlikov

Aktyor Rejissor assistenti

Doğum tarixi:

15 mart 1892

Vəfat tarixi:

26 mart 1971


Əlisəttar Muradəli oğlu Məlikov Bakıda anadan olub.

Əmək fəaliyyətinə keçən əsrin 20-ci illərində Türk İşçi Teatrında başlayıb. 30-cu illərdən kinoya çəkilməyə başlayıb. İlk filmindən sonra aktyor və rejissor assistenti, ikinci rejissor kimi kino sahəsində işləyib.

Xarici film istehsalçıların “Mən qayıdacağam” (1935, rejissor Aleksandr Ledaşev / Türkmənistan) filmində Qurban rolunda, “Qazma rejimi” (Rusiya) sənədli filmində qazma ustası rolunda çəkilib.

Rejissor assistenti kimi də fəaliyyət göstərib.

Əməkdar artist (1943) Əlisəttar Məlikov 1971-ci ildə vəfat edib.

Aktyor, rejissor Əlisəttar Məlikov rejissor, aktyor Murad Məlikovun atasıdır.