Axınla aşağı (2014)

Əli əyalətdə ailə böhranı yaşayan avarçəkmə müəllimidir. O, arvadını və oğlunu tərk edib onunla bir məktəbdə çalışan polşalı gənc məşqçi qadınla ölkədən getmək istəyir. Amma faciə baş verir. Əlinin oğlu Ruslan çayda batır. Əli oğlunun cəsədini tapıb dəfn etməlidir.

Filmin çəkilişləri Mingəçevirdə və Bakıda aparılıb.

Filmin iştirak etdiyi festivallar:

SEEfest Cənub-Şərqi Avropa Film Festivalı – “Ən yaxşı tammetrajlı debüt filmi” (2015, Los Anceles / ABŞ)
LET´S Cee Film Festival –  Ümidverici debüt müsabiqəsi – Xüsusi qeyd (2015, Vyana / Avstriya)49-cu Karlovy Vary Beynəlxalq Film Festivalı (2014, Karlovı Varı / Çexiya)
Altın Koza Film Festivalı (2014, Adana / Türkiyə)
Hindistan Beynəlxalq Film Festivalı (2014, Qoa / Hindistan)
Kotbus Beynəlxalq Film Festivalı (2014, Kotbus / Almaniya)
Golden Anteaters Film Festivalı (2015, Lublin / Polşa)
Pune Beynəlxalq Film Festivalı (2015, Puna / Hindistan)
20-ci Beynəlxalq Kinofestivalı (2016, Lima / Peru) 

İndi paylaş:

Növü:

tammetrajlı bədii film

Reytinq verin

Reytinqlər tövsiyyələrinizi mükəmməlləşdirir