Xəyyam Mirzəzadə

Bəstəkar Bəstəsindən istifadə olunub

Doğum tarixi:

05 oktyabr 1935

Vəfat tarixi:

30 iyul 2018


Xəyyam Hadi oğlu Mirzəzadə Bakıda anadan olub.

Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb (1957, Qara Qarayevin sinfi).

1957-ci ildən Konservatoriyada (indiki Bakı Musiqi Akademiyasında) çalışıb, Kompozisiya kafedrasının müdiri olub (1969-1983).

30-dan artıq filmə, 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib. Simfoniyaları, simli kvartetləri, simfonik süitaları var. Əsərləri arasında “Ağlar və qaralar” baleti, I və II simfoniyalar, “Oçerklər – 63” simfonik poeması, “Memory”, “Mərakeş rapsodiyası”, “Konsertştyuk”, skripka ilə orkestr üçün konsert, və s. var.

2 dəfə Dövlət mükafatı laureatı (1975, 1986), SSRİ Gənc bəstəkarları müsabiqəsinin laureatı (1962), Əməkdar incəsənət xadimi (1972), Xalq artisti (1987), professor (1979), “Şöhrət” (2000) və “Şərəf” (2010) ordenləri ilə təltif olunmuş Xəyyam Mirzəzadə 2018-ci ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.