Mehriban Zəki
Doğum tarixi:
18 dekabr 1966
Mehriban Mürvət qızı Zəki Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1991).
Yuğ Dövlət Teatrında (1990-2005), Milli Akademik Dram Teatrında (2005-2007), İbrus Teatrında (2000-2011) aktrisa işləyib.
Hazırda Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında çalışır.
Eyni zamanda Azərbaycan Dövıət Mədəniyyət və İncəsənət Universitetində Sabah qruplarında pedaqoji fəaliyyət göstərir.
Böyük Britaniya istehsalı olan “Əli və Nino” (2015, rejissor Asif Kapadia) filmində Sultan xanım rolunda çəkilib.
“Novruz 93” Teatr Festivalında (1993, Aşqabad) “Xatun” mono-tamaşasına görə “Ən yaxşı teatr rolu”na görə, Cambul Cabayev Festivalında (1996, Alma-Ata) “Ən yaxşı dastançı”, “Şərq-Qərb” Kinofestivalında (2005, Bakı) “Küçələrə su səpmişəm” filmində “Ən yaxşı aktrisa” mükafatlarına layiq görülüb.
Əməkdar artist (1998), Xalq artistidir (2018).