Rauf Əliyev

Bəstəkar Bəstəsindən istifadə olunub Musiqi redaktoru Musiqi tərtibatçısı Yaradıcı heyətin üzvü

Doğum tarixi:

01 may 1947

Vəfat tarixi:

13 iyun 2017


Rauf Tofiq oğlu Əliyev (Əbdürrauf Əliyev / Rafiq Əliyev) Şuşada anadan olub.

Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda (1966), Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq ixtisasında (1975) təhsil alıb.

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində musiqi redaktoru (1973-1975), “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru (1975-2017) kimi çalışıb. Əsərləri arasında kinofilmlərə yazılmış musiqilərlə yanaşı xor üçün Oda (1990); 10-a yaxın mahnı (1990-1999) var.

Əməkdar incəsənət xadimi (2007) Rauf Əliyev 2017-ci ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu