Rafis İsmayılov
Doğum tarixi:
30 mart 1939
Vəfat tarixi:
30 aprel 2025
Rafis Rza oğlu İsmayılov (Rafiz Rza / Rafiz İsmayılov) Bakıda anadan olub.
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1962), Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində (1966-1972, Mixail Boqdanov və Gennadi Myaskinovun emalatxanası) təhsil alıb.
1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib.
Azərbaycan Milli Dram Teatrında, Opera və Balet Teatrında bəzi tamaşaların rəssamı olub, kitablara illustrasiyalar çəkib.
“Sevinc buxtası” filminə görə Dövlət mükafatına (1978), “Sübhün səfiri" filminə görə “Ən yaxşı rəssam işi” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2015).
Əməkdar rəssam (1982), Xalq rəssamı (2000) Rafis İsmayılov 2025-ci ildə vəfat edib.
Rəssam Rafis İsmayılov rejissor Rasim İsmayılovun qardaşıdır.