Gülşad Baxşıyeva
Doğum tarixi:
12 dekabr 1952
Gülşad Eynulla qızı Baxşıyeva Bakının Kürdəxanı kəndində anadan olub.
Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyorluğu ixtisasında təhsil alıb (1971-1975).
Təyinatla Şəkiyə göndərilib, Şəki Dövlət Dram Teatrının təsis olunmağında iştirak edib, teatrın ilk aktyorlarından olub (1975-1985).
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. 1985-ci ildən Səhnə danışığı, 1994-cü ildən Dram teatrı və kino aktyoru kafedrasında işləyir. Hazırda kafedraya rəhbərlik edir. 2000-ci ildən dosent, 2006-cı ildən isə professordur.
"Yalan" filmindəki roluna görə "Ən yaxşı qadın obrazı" nominasiyasında "Qızıl çıraq" mükafatına layiq görülüb (2006). Əməkdar artistdir (1982).
Aktrisa Gülşad Baxşıyeva aktyor, rejissor Hüseynağa Atakişiyevin həyat yoldaşı olub.