Teymur Məmmədov
Aktyor
Doğum tarixi:
23 fevral 1960
Teymur Bayram oğlu Məmmədov (Teymur Bayram) Ağdamın Yusifcanlı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyorluğu fakültəsində təhsil alıb (1978-1982, Nəsir Sadıqzadənin kursu). Təyinatla 1982-ci ildən Ağdam Teatrında çalışıb. Şuşa Mədəni Maarif Texnikumunda ixtisas müəllimi işləyib. Şuşa Teatrının yaradıcılarından biridir. Hazırda Şuşa Dövlət Musiqili Dram Teatrında çalışır. ANS televiziyasında yayımlanan “Qulp”, “Mübarizə” verilişlərində fəaliyyət göstərib. Əməkdar artistdir (2018).
Filmoqrafiya
Poster
Filmin adı
İstehsal ili
Növü
Filmdə statusu
-
Axınla aşağı
2014
tammetrajlı bədii film
Rollarda
-
#yoxdubeləsöhbət
2017
tammetrajlı bədii film
Rollarda
-
Hozu 007
2024
tammetrajlı bədii film
Rollarda