Qızıl Pəri Mükafatları
Təsis tarixi: 2015
Təsisçi: Azərbaycan Professional Kinorejissorlar Gildiyası
“Qızıl Pəri” Mükafatı Milli kino sahəsində əldə edilmiş nəailiyyətlərə, milli və dünya audiovizual mədəniyyətinə verdiyi töhfələrə görə verilir.
Məqsəd: audiovizual sahənin inkişafına dəstək, milli mənəvi dəyərlərin qorunub saxlanması və bu sahədə çalışan peşəkarları - müəllifləri, ifaçıları və produserləri həvəsləndirmək.
I Qızıl Pəri Mükafatları (2015)
Tarix: 28.12.2015
“Qızıl Pəri” mükafatının Seçim Komissiyası Xalq artisti, kinorejissor Yalçın Əfəndiyevin Sədrliyi ilə 01.10.2015-01.11.2015 tarixlərində müsabiqəyə təqdim olunmuş 187 ərizə formasına və audiovizual əsərlərə baxış keçirərək nominasiyaları və hər nominasiya üzrə beş nominantı (namizədləri) müəyyənləşdiriblər.
Qaliblər:
Ən yaxşı bədii film: Nabat (rejissor Elçin Musaoğlu)
Ən yaxşı tammetrajlı debüt filmi: Axınla aşağı (rejissor Asif Rüstəmov)
Ən yaxşı qısametrajlı bədii film: Zabit şərəfi (rejissor Vüqar İslamzadə)
Ən yaxşı qısametrajlı debüt filmi: Usta Yusifin kamançası (rejissor Ruslan Hüseyni)
Ən yaxşı sənədli film: Əriyən ada (rejissor Fariz Əhmədov)
Ən yaxşı cizgi filmi: Köhnə saat (rejissor Cavid Əhədov)
Ən yaxşı TV filmi: Unudulmuş partizan (rejissor Tahir Əliyev, EL TV)
Ən yaxşı TV serial: Pərvanələrin rəqsi (rejissor Rövşən İsax, ATV)
Ən yaxşı rejissor işi: Elxan Cəfərov (Dolu)
Ən yaxşı rejissor işi (sənədli filmdə): Nizami Abbas (Balaban)
Ən yaxşı orijinal ssenari: Yavər Rzayev (İlahi məxluq)
Ən yaxşı qadın rolunun ifası: Gülzar Qurbanova (Yarımçıq xatirələr)
Ən yaxşı kişi rolunun ifası: Fuad Poladov (Aktrisa), Namiq Ağayev (Axınla aşağı)
Ən yaxşı operator işi: Nadir Mehdiyev (Dolu)
Ən yaxşı rəssam işi: Rafis İsmayılov (Sübhün səfiri)
Ən yaxşı orijinal musiqi: Cavanşir Quliyev (Sübhin səfiri)
Ən yaxşı prodüser: Müşfiq Hətəmov (Nabat)
Xüsusi mükafat: Milli kinonun inkişafına verdiyi töhfələrə görə - Zaur Məhərrəmov
Xüsusi mükafat: Milli televiziyanın inkişafında verdiyi töhfələrə görə – Ramiz Həsənoğlu (AzTV)
Xüsusi diplom: Müstəqil kinonun inkişafında fəaliyyətinə görə ən yaxşı prodüser: İradə Bağırzadə (Buqələmun)
Xüsusi diplom: Tarixin qaranlıq məqamlarının aşkarlanmasında ən yaxşı televiziya filmi – Difai (Kəpəz TV)
II Qızıl Pəri Mükafatları (2018)
Tarix: 28.12.2018
“Qizil Pəri” mükafatının Seçim Komissiyasının üzvləri 03.10.2018-30.10.2018 tarixlərində müsabiqəyə təqdim olunmuş 316 ərizə formasına və onlarla bağlı аudiovizual əsərlərə baxış keçirərək nominasiyaları və nominantları (namizədləri) müəyyənləşdiriblər.
Qaliblər:
Ən yaxşı bədii film: Nar bağı – rejissor İlqar Nəcəf
Ən yaxşı tammetrajlı debüt filmi: Qırmızı bağ – rejissor Mirbala Səlimli
Ən yaxşı qısametrajlı bədii film: Dəniz suyu içən it - rejissor Мurad Abıyev
Ən yaxşı debüt (qısa bədii film): Postskriptum – rejissor Emin Mirabdullayev
Ən yaxşı sənədli film: Əbədi ezamiyyət – rejissor Fariz Əhmədov, Vüqar İslamzadə
Ən yaxşı qısametrajlı sənədli film: Bu sevgidir - rejissor Teymur Daimi
Ən yaxşı cizgi filmi: Mənim balaca şahzadəm - rejissor Arif Məhərrəmov
Ən yaxşı ТV film: Bakı nefti bütün aləmə bəs edər - rejissor Coşqun Zairov
Ən yaxşı müəllif TV verilişi: Çöl adamı - müəllif Kamal Dəniz
Ən yaxşı rejissor işi: Yavər Rzayev - Xeyirlə Şərin rəqsi
Ən yaxşı rejissor işi (sənədli filmdə): Fariz Əhmədov, Vüqar İslamzadə - Əbədi ezamiyyət
Ən yaxşı TV rejissoru: Rövşən Vaqifoğlu - Azərbaycan musiqisinin şah əsəri
Ən yaxşı orijinal ssenari: Namiq Ağayev, Fikrət Məmmədov - Ol
Ən yaxşı operator işi: Rəşad Nuriyev - Son iclas, Əbədi ezamiyyət
Ən yaxşı rəssam işi: Rafiq Nəsirov - Xeyirlə Şərin rəqsi
Ən yaxşı orijinal musiqi: Salman Qəmbərov - Qırmızı bağ
Ən yaxşı qadın rolunun ifası: Меhriban Zəki - İçəri şəhər
Ən yaxşı kişi rolunun ifası: Qurban İsmayılov - Nar bağı
Ən yaxşı prodüser: Əliağa Məmmədov - Cümhuriyyətin 9 şəkli
Ən yaxşı montaj: Elsad Rəhimov – Xeyirlə Şərin rəqsi
Ən yaxşı rəssam işi - geyim üzrə: Şahin Həsənli – Eviniz abad
Ən yaxşı qrim rəssamı: Elbrus Vahidov – Nar bağı
Ən yaxşı səs rejissoru: Teymur Kərimov – Nar bağı
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş ən yaxşı audiovizual əsər: Cümhuriyyətin 9 şəkli - rejissor Elxan Cəfərov
Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş ən yaxşı audiovizual əsər: Böyük ekranda yazılan tarix – rejissor Tahirə Hüseynova
“Qızıl Pəri” Kino Akademiyasının Xüsusi diplomları:
Ən yaxşı kompüter animatoru: Sultan Abbasbəyli – Aydanın rəsmi
Ən yaxşı tələbə işi: Külək – rejissor Nərgiz Yusifova
Ən yaxşı həvəskar film: Həyatını dəyiş – rejissor Şükran Səlimova
Ən yaxşı sosial çarx - Özgə həyat – rejissor Elvin Mirzəyev
“Üç İfritə” kino tənqidçiləri bloqunun Xüsusi diplomu - Ən cəsarətli film: Balaca – rejissor Ruslan Ağazadə
“Üç İfritə” kino tənqidçiləri bloqunun Xüsusi diplomu - Ən yaxşı müstəqil film: Bu sevgidir - rejissor Teymur Daimi
Ən yaxşı kompüter animatoru: Sultan Abbasbəyli – Aydanın rəsmi
Milli TV-nin inkişafına verdiyi tövhələrə görə: Kinorejissor Vasif Babayev
Milli kinonun inkişafına verdiyi tövhələrə görə: rəssam Mayis Ağabəyov, kinorejissor Yalçın Əfəndiyev
Sayt:
https://audiovisual.az/qalibl%c9%99r/Əlaqə:
+99412 4317731, +99450 6378103Ünvan:
Bakı, Moskva pr. 1.