Cəmilə Tağızadə

Aktrisa Prodüser Rəssam assistenti

Doğum tarixi:

24 iyul 1987


Cəmilə Karl qızı Tağızadə (Cəmilə Tağıyeva) Bakıda anadan olub.

Azərbaycan Dövlət Kooperasiya kollecində (2005-2007), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsində (2009-2013) təhsil alıb.

Myvideo TV-də (2014–2017), Lider televiziyasında (2014), GünAZ TV-də (2017) çalışıb.

Xarici film istehsalçılarının “Ana yurdum” (2012, rejissorlar Nadir Sayever, Əli Taherfar / İran) və “Əli və Nino” (2015, rejissor Asif Kapadia / Böyük Britaniya) filmlərində çəkilib.

Ailə vəziyyəti ilə əlaqədar olaraq hazırda Türkiyədə yaşayır.