Rəhim Rəhimov

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

24 may 1979


Rəhim Məmmədhüseyn oğlu Rəhimov Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kütləvi tamaşalar rejissoru (1995-1999) və Teatrşünaslıq ixtisasında (1999-2001, magistr) təhsil alıb.

1997-ci ildən Azərbaycan Dövlət Kukla teatrının aktyorudur. Müxtəlif tədbirlərdə aparıcılıq edir. Azərbaycan televiziyasının “Əsgər anı” verilişinə (2007) və İctimai televiziyada uşaq verilişlərinə aparıcılıq edib. Dublyaj-səsləndirmə işi ilə də məşğuldur.