Məhərrəm Musayev
Aktyor
Filmi səsləndirən
Doğum tarixi:
28 oktyabr 1949
Məhərrəm Məmmədhəsən oğlu Musayev Masallı rayonunun Şərəfə kəndində anadan olub.
Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1971-1975). Moskvada Mark Zaxarovdan iki illik rejissorluq kursu alıb (1985-1987).
1975-ci ildə yeni açılmış Şəki Teatrına təyinatını alsa da, öz istəyi ilə Lənkəran Dövlət Teatrında çalışıb. 2000-ci ildə Bakıya köçüb. Azərbaycan Dövlət Gənclər Teatrında (2001-2009), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (2009-2019).
Hazırda İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorudur.
Rusiya istehsalı olan “Studenti İnternational” (2006, rejissor Olqa Perunovskaya) serialında çəkilib.