Vahid Mustafayev
Doğum tarixi:
04 sentyabr 1968
Vahid Fuad oğlu Mustafayev (Vahid Naxış / Vahid Mustafa Yev) Şəkidə anadan olub.
Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetində təhsil alıb.
Karyerasına 1988-ci ildə müxbir kimi başlayıb. Rok musiqisinə həsr olunmuş “Rokoko” adlı jurnalı əldə nüsxələnmiş aylıq dərgi kimi nəşr etdirib. 1989-cu ildə yaranan Qarabağa Xalq Yardımı Komitəsinin mətbu orqanı olan “Azərbaycan” qəzetində işləməyə başlayıb. 26 noyabr 1991-ci ildə Seyfulla Mustafayev və Mirşahin Ağayev ilə birlikdə Azerbaijan News Service (Azərbaycan Xəbərlər Xidməti - ANS) təsis edib. ANS şirkətlər qrupuna daxil olan bütün şirkətlərin yaranmasına və fəaliyyətinə rəhbərlik edib (1991-1996). ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) prezidenti (1996-2016), ANS Şirkətlər qrupu MMC-nin prezidenti olub (2001-2016). ANS şirkətlər qrupu MMC-nin iştirakçıları olan ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV), ANS ÇM Yayım və Media Şirkətinin, ANS Kommers Şirkətinin və ANS Press nəşriyyat evi MMC-nin, habelə ANS-in əhatə dairəsinə daxil olan şirkətlərin təsisçilərindəndir və müxtəlif vaxtlarda direktoru olub.
“VMF Natural Frequencies şirkətinin”, “Bakı Film” kinostudiyasının (2006), Balans Milli Animasiya studiyasının (2014), “Qobufilm” kinostudiyasının (2017) təsisçisidir.
Hazırda “Balans” şirkətinə rəhbərlik edir.
“Tərəqqi” medalı ilə təltif olunub.
Rejissor Vahid Mustafayev jurnalist, aktyor Çingiz Mustafayevin və prodüser Seyfulla Mustafayevin qardaşıdır.
Filmoqrafiya
-
Adam cinsi arasında cins adam
1998
sənədli film
Rejissor
-
Ağabəyovlar
2012-2014
bədii serial
Rejissor, Ssenari müəllifi