Rüstəm Cəbrayılov
Doğum tarixi:
08 iyun 1986
Rüstəm Abil oğlu Cəbrayılov Ukraynanın Luqansk şəhərində anadan olub. Beş yaşında olarkən ailəsi ilə birlikdə Azərbaycana köçüb.
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində təhsil alıb (2004-2008).
Məzun olduqdan sonra bir müddət coğrafiya müəllimi işləyib. 2005-ci ildən modellik karyerasına başlayıb. “The Best Model of Azerbaijan 2006” və “The Best Model of Azerbaijan 2007” milli model müsabiqələrinin, “The Best Model of the World 2007” müsabiqəsinin qalibi olub. 2010-cu ildə ABŞ-ın Nyu-York şəhərinə köçüb, Nyu-Yorkda ixtisaslaşmış modellik məktəbinə yazılıb. “Red Model Management New York City”də model kimi çalışıb. 2012-ci ildə Nyu-Yorkdakı “Kingsborough Community College”də təhsil alıb. Tanınmış brendlər və şirkətlərlə əməkdaşlıq edib, çoxsaylı reklamlarda və moda həftələrində iştirak edib.
Rusiya istehsalı olan “Ərik acısı” (2023, rejissor Aleksandr Moxov) serialında Camal rolunda çəkilib.
Filmoqrafiya
-
Tağıyev. Çar
2025
tammetrajlı bədii film
Rollarda
-
Tağıyev. Sona
2025
tammetrajlı bədii film
Rollarda