Mirzə Ağabəyli
Doğum tarixi:
29 avqust 1950
Mirzə Qasım oğlu Ağabəyli (Mirzə Ağayev / Mirzə Ağabəyov) Bakının Buzovna qəsəbəsində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1971-1975).
1975-ci ildə təyinatla Şəki Dövlət Dram Teatrında işləməyə başlayıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki “Tədris” teatrında aktyor (1977), Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında aktyor (1982-1992), Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəsi (1992), “Bəri-Bax” kinostudiyasında bədii rəhbər (1994), “Sınaq film” prodüser mərkəzində koordinator (2008) vəzifələrində çalışıb. 2008-ci ildən Akademik Milli Dram Teatırının aktyorudur.
Əməkdar artistdir (2009).