Rəhman Fürqətoğlu

Rejissor Montaj rejissoru Aktyor Ssenari müəllifi

Doğum tarixi:

19 iyun 1989


Rəhman Fürqətoğlu (Rəhman Allahverdiyev Fürqət oğlu) Gəncədə anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsində təhsil alıb (2015-2019, Vaqif Mustafayevin kursu / 2020-2022-magistratura).

Kəpəz televiziyasında rejissor, dizayner (2009-2015), TRT Avaz kanalında müəllif (2012-2013), Azad Azərbaycan televiziyasında montaj rejissoru (2015-2025), ARB televiziyasında (2019-2020) çalışıb. Müxtəlif formatlı televiziya proqramları, reklam çarxları, bədii filmlər, seriallarda çalışıb, msiqi klipləri, sosial çarxların və reklamların müəllifi olub.

“İlin gənc rejissoru” mükafatına (2013), Rasim Ocaqov təqaüdünə (2018) layiq görülüb.

Azərbaycan Dövlət Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində dərs deyir.