Axırıncı aşırım (1971)

Filmdəki hadisələr sovet hakimiyyətinin qurulduğu ilk dövrdə - 1930-cu illərdə Azərbaycanın dağ kəndlərinin birində baş verir.

Film iki nüsxədə müxtəlif sonluqlarla lentə alınıb. Azərbaycan nüsxəsində Qəmlo Kərbəlayi İsmayıl tərəfindən, rus nüsxəsində isə daima Yədullanın (Kərbəlayi İsmayılın ölən oğlunun) məzarının yanında gizlənən bir qaçağın əli ilə öldürülür. Hazırda hər iki nüsxə qorunub saxlanılır. Rejissor Kamil Rüstəmbəyov filmin sonunu belə çəkmişdi: Qəmlo Kərbəlayinin sözünə məhəl verməyib atlıların ardınca yollanır və Abbasqulu bəyi öldürür. Sözü yerə düşən Kərbəlayi isə Qəmlonun ardınca yollanır, lakin, Abbasqulu bəyi xilas edə bilmir və qəzəbindən Qəmlonu öldürür. Kərbəlayinin belə cəsur göstərilməsi yuxarı dairələrdəki kinotənqidçilərin xoşuna gəlmir və rejissordan filmin sonluğunu dəyişməsini tələb edirlər. Rejissor qısa bir çəkiliş edir, Qəmlonu Xudayarın qardaşı öldürür, film montaj edildikdən sonra ekranlara çıxır. Lakin filmə diqqətlə baxsaq görərik ki, Kərbəlayinin adamlarından biri təşviş içərisində gəlib kəndlilərə xəbər verir ki, Kərbəlayi Qəmlonu gəbərtdi. Məhz filmdə qalan bu səhnə yuxarıda deyilənləri sübut edir.

Film Fərman Kərimzadənin “Qarlı aşırım” romanının motivləri əsasında çəkilib.

Filmin çəkilişləri Qobustanda, Bakıda və pavilyonda aparılıb. Natura obyektlərinin əksəriyyəti Bakının Fatmayı kəndində çəkilib.

 

İndi paylaş:

Növü:

tammetrajlı bədii film

Reytinq verin

Reytinqlər tövsiyyələrinizi mükəmməlləşdirir