İşığa doğru (II) (2024)
Sübh tezdən ata, oğul və qardaşoğlu illər sonra işğaldan azad olunmuş kəndlərinə doğru yola çıxırlar. Bu səfər zamanı onlar müharibənin törətdiyi dağıntılar altından 30 il əvvəl itirdiklərini – doğmalarının məzarını, uşaqlıqlarını, gəncliklərini, bir sözlə, keçmişin izlərini axtaracaqlar. Görəsən, keçmişin qaranlıqlarını işığa çıxarmağa çalışan qəhrəmanlar dağıntılar altında xatirələrdən başqa salamat qalan nəsə tapa biləcəklərmi…
Torpaqlar azad olunub, ancaq müharibənin insanların həyatında buraxdığı dərin izlər və yaralar hələ də qalır, ağrılar davam edir. Film Qarabağda 30 il əvvəl itirdiklərini axtaran qəhrəmanların hekayəsidir. Filmdə Ərşad Əliyev, Rəsul Kamal, Elşad Ərşadoğlu iştirak edir.
İstehsalçı ölkə:
İstehsalçı:
Müddət:
Yaş həddi:
Növü:
sənədli film
Rejissor:
Ssenari müəllifi:
Operator:
Montaj rejissoru :
Səs rejissoru:
Rəng korreksiyası:
Prodüser: