Həsən Məmmədov

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

22 noyabr 1938

Vəfat tarixi:

26 avqust 2003


Həsən Ağaməmməd oğlu Məmmədov (Əbülhəsən Məmmədov) Salyanda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1958-1962, Mehdi Məmmədovun kursu).

Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib (1960-1961). Dram Teatrında fəaliyyət göstərib (1962-1972). 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasının aktyoru olub. 1992-ci ildən yenidən Akademik Milli Dram Teatrında çalışıb.

Xarici film istehsalçılarının “Xaos” (1973, rejissor Laert Vaqarşyan / Ermənistan) filmində Kazım bəy rolunda, “Satılmış gülüş” (1981, rejissor Leonid Neçayev / Belarus) filmində Kreşimir rolunda, “Aşırımda atəş etməyin!” (183, rejissorlar Müqəddəs Mahmudov, Abdusalom Rahimov / Tacikistan) filmində Hafiz rolunda, “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus) filmində, “Piter Pen” (1987, rejissor Leonid Neçayev / Belarus) filmində hindu rolunda, “Sultan Beybars” (1989, rejissor Bulat Mansurov / Qazaxıstan, Misir) filmində çəkilib.

Əməkdar artist (1971), Xalq artisti (1982), SSRİ (1981) və Azərbaycan Dövlət mükafatı laureatı (1986) Həsən Məmmədov 2003-cü ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu