Həsənağa Turabov

Aktyor Ssenari müəllifi

Doğum tarixi:

24 mart 1938

Vəfat tarixi:

23 fevral 2003


Həsənağa Səttar oğlu Turabov (Həsən Turabov) Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq ixtisasında təhsil alıb (1960).

1960-cı ildən Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. Bir müddət teatrın direktoru və bədii rəhbəri olub (1987-2001). Teatrda və kinoda əssasən baş rolları ifa edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti olub.

İki dəfə Dövlət mükafatı laureatı (1972, 1986), Əməkdar artist (1971), Xalq artisti (1982), “Şöhrət” ordeni laureatı (1998) Həsənağa Turabov 2003-cü ildə vəfat edib, “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu