Kür - çaylar anası (2025)
Qafqazın ən böyük təbii su mənbəyi olan Kür çayının başlanğıc nöqtəsini axtaran çəkiliş heyəti Allahu-Əkbər dağ silsiləsinə yollanır. Bir neçə cəhddən sonra dağın zirvəsinə çatan heyət, nəhayət çayın mənbəyini tapmağa nail olur. Bununla da Türkiyədən başlayan və Azərbaycanda, Xəzər dənizində tamamlanan 1515 kilometrlik Kür dünyası səyahəti başlayır.
Filmin əsas ideyası keçmişdən bu günə Kür çayının tarixi, mədəni, iqtisadi rolunu ön plana çıxarmaq və bəşəriyyət üçün əhəmiyyətini ifadə etməkdir.
Filmin çəkilişləri Kür çayının mənbəyindən mənsəbinədək – Türkiyə, Gürcüstan və Azərbaycan ərazisində aparılıb.
Film Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyinin maliyyə dəstəyi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin təşkilatçılığı ilə çəkilib.
İstehsalçı ölkə:
İstehsalçı:
Müddət:
Yaş həddi:
Janr:
Mükafatlar:
Türk Dünyası Belgesel Film Festivalı (X Türk Dünyası Sənədli Film Festivalı - Belgesel Sinemacılar Birliği Ən yaxşı sənədli film mükafatı (2025)), Türk Dünyası Belgesel Film Festivalı (X Türk Dünyası Sənədli Film Festivalı - FİYAB Film Yapımcıları Meslek Birliği Ən yaxşı Film mükafatı (2025))
Növü:
tammetrajlı sənədli film
Rejissor:
Ssenari müəllifi:
Operator:
Filmi səsləndirən :
Montaj rejissoru :
Dron operatoru:
Səs rejissoru:
Redaktor:
Prodüser: