Fariz Əhmədov

Rejissor Ssenari müəllifi Prodüser Rejissor assistenti Operator Koordinator İcraçı prodüser Xətt prodüseri Baş prodüser Kreativ prodüser Ko-prodüser

Doğum tarixi:

15 dekabr 1983


Fariz Asif oğlu Əhmədov Cəbrayıl rayonunda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin Ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisasında bakalavr (2001–2005, Natiq Rəsulzadənin emalatxanası), kinorejissorluq üzrə magistr (2016-2018, Cəmil Quliyevin emalatxanası), Ümümrusiya Dövlət Kinematoqrafiya Universitetinin (ÜRKU) kinorejissorluq ixtisasında (2010-2012, Aleksandr Proşkinin emalatxanası) təhsil alıb.

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində rejissor (2006-2018), Mədəniyyət və Turizm Nazirliyinin “AZANFILM” animasiya filmləri studiyasının direktor-bədii rəhbəri (2012-2015), Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru (2020-2022) vəzifələrində işləyib. Bakıda keçirilən Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru olub (2013-2014).

2018-ci ildən Bakı Media Mərkəzində produser işləyir. 2023-cü ildən “Rakurs Film-Media” şirkətinin direktorudur.

2015-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Audiovizual sənətlər fakültəsinin Kino-televiziya sənətləri kafedrasının baş müəllimidir. 30-dan artıq bədii, sənədli və animasiya filminin rejissoru və prodüseridir. Filmləri dünyanın 60-dan artıq ölkəsində keçirilən nüfuzlu kinofestivallarda nümayiş olunub və 50-dan artıq beynəlxalq kinofestivalda mükafata layiq görülüb. Bir çox ölkələrdə keçirilən beynəlxalq festivalların münsiflər heyətinin üzvü olub.