Elxan Cəfərov

Rejissor Ssenari müəllifi Filmi səsləndirən Aktyor

Doğum tarixi:

29 aprel 1967


Elxan Pərviz oğlu Cəfərov Bakıda anadan olub.

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1984-1990, Aleksey Batalovun kursu).

Kiçik yaşlarında müxtəlif uşaq filmlərində aktyor kimi iştirak edib. Rusiya film istehsalçılarının “Hazır olun, Əlahəzrət” (1978, rejissor Vladimir Popkov) uşaq filmində baş rolda - şahzadə Delixyar Surambuka rolunda çəkilib. Bir müddət Azərbaycan Dövlət Dram Teatrı və “Yuğ” Teatrında aktyor kimi çalışıb (1990-1992). Azərbaycan televiziyasının nəzdindəki “Proloq” studiyasınin bədii rəhbəri olub (1995-1997). 1995-ci ildə ilk qısametrajlı filmini, sonralar isə müxtəlif klip və reklam çarxları çəkib. Hazırda rejissor kimi fəaliyyət göstərir. “Dolu” filminə görə “Ən yaxşı rejissor işi” nominasiyasında (2015), “Cümhuriyyətin 9 şəkli” filminə görə “Cümhuriyyətin 100 illiyinə həsr olunmuş ən yaxşı audiovizual əsər” nominasiyasında (2018) “Qızıl Pəri” mükafatına layiq görülüb. Azərbaycan Kinorejissorlar Gildiyasının İdarə Heyətinin üzvüdür.

Əməkdar incəsənət xadimidir (2016).

Rejissor, aktyor Elxan Cəfərov rejissor Pərviz Cəfərovun və jurnalist Mailə Muradxanlının oğludur.
Rejissor, aktyor Elxan Cəfərov aktrisa Gülzar Qurbanovanın həyat yoldaşıdır.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu