Axırıncı dayanacaq (2014)

Film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. O, pullarını yaşadığı qocalar evində itirir. Öz dostlarından şübhələnən polkovnikin başına gələn hadisələr gülüş obyektinə çevrilir.

Fikrət Əliyev: “Filmin ideyası yarananda fikirləşdim ki, ssenarinin daha maraqlı alınması üçün müşahidəyə ehtiyac var. Bu səbəbdən 10 gün Bilgəhdəki “Qocalar evi”nin “sakin”inə çevrildim. Sözsüz ki, ora nə məqsədlə gəldiyimi baş həkimdən başqa heç kim bilmirdi. Hamı məni adi sakin kimi qəbul edirdi, insanlarla təmasda olurdum, öz dərd-sərlərini mənimlə paylaşırdılar. Orada tərtib etdiyim gündəliyi gətirib İlqar Fəhmiyə verdim və ssenariyə əlavə etdik”.

Filmin çəkilişləri Bilgəh qəsəbəsindəki qocalar evində və kinostudiyanın pavilyonunda aparılıb.

Filmin işçi adı “Polkovnikin xəzinəsi” olub.

İstehsalçı ölkə:

Azərbaycan

Müddət:

98 dəqiqə

Yaş həddi:

12+

İlk baxış tarixi:

07 oktyabr 2014

Texniki göstəricilər:

21:9

İndi paylaş:

Növü:

tammetrajlı bədii film

Reytinq verin

Reytinqlər tövsiyyələrinizi mükəmməlləşdirir