Aygün Səmədzadə

Bəstəkar Bəstəsindən istifadə olunub Musiqi ifaçısı Prodüser Redaktor

Doğum tarixi:

11 yanvar 1967


Aygün Ziyad qızı Səmədzadə Bakıda anadan olub.

Bülbül adına orta ixtisas musiqi məktəbində (1974-1985), Azərbaycan Dövlət Konservatoriyasının Tarix-nəzəriyyə fakültəsində (1985-1990) təhsil alıb.

Konservatoriyanı fərqlənmə diplomu və Üzeyir Hacıbəyov adına fəxri təqaüdlə bitirdikdən sonra elə həmin ildən “Musiqi tarixi” kafedrasına müəllim kimi fəaliyyətə başlayıb, Avropa ölkələrinin musiqi tarixi, Türkdilli xalqların musiqi mədəniyyəti, Musiqi tənqidi kimi fənnlərdən dərs deyir və həmin kafedranın dosenti (1990–2016) olub. Türk bəstəkarı Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı namizədlik dissertasiyasını müdafiə edib, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
Respublika və ümumittifaq elmi-konfrans və müsabiqələrdə iştirakçı və qalib olub. Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ilə bağlı keçirilən müsabiqədə diploma (1985), III respublika konfransında ən yaxşı tələbə elmi işinə görə “Qızıl medal”a, Zaqafqaziya ölkələri arasında keçirilən müsabiqədə I dərəcəli diploma layiq görülüb. “İdman və olimpiya” mövzusunda mahnı müsabiqəsində “Qələbə çal” adlı əsəri birinci yerin sahibi olub (2008). Milli Dram Teatrı üçün Elçinin “Qatil” və Stefan Sveyqin “Yad qadının məktubu” əsərlərinə musiqi bəstələyib. Bir çox müğənnilərin repertuarında xüsusi yer tutan 200-ə yaxın mahnının müəllifidir. Bunlardan “Tut ağacım” (Aygün Bəylər), “Məktəb illəri”, “Bu dünyanı nağıl bilək”, “Tənha royal” (İlqar Muradov), “Bakinskiy roman” (Qismət), “Gecələr” (Azərin), “Yağış”, “Bakı haqqında nağıl” (Eyyub Yaqubov), “Sənli günlərimçün çox darıxmışam” (İlhamə Quliyeva), “Qəfil zəng”, “Peşmanam”, “Elegiya” (Ayaz), “Sən bizimləsən” (İlqar Muradov, Brilliant Dadaşova), “Azərbaycan” və “Həzrət-i Fatimə” adlı vokal-xoreoqrafik kompozisiyaların adını çəkmək olar.

Bir müddət İctimai televiziyada Musiqi Verilişləri departamentinin direktoru vəzifəsində çalışıb. 2012-ci ildən NƏFƏS Sənət mərkəzinin rəhbəridir.

Əməkdar incəsənət xadimi (2011), Xalq artistidir (2018).

 


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu