Azərbaycan Respublikasının Kino Agentliyi
Təsis tarixi: 2022
Baş direktor: Rəşid Əzizov
Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2022-ci il tarixli 1667 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” (ARKA) adlı publik hüquqi şəxs yaradıllb. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 1880 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Kino Agentliyi ratifikasiya edilib.
Azərbaycan Respublikası Kino Agentliyinin yaradılmasının əsas missiyası kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsini gücləndirmək və şəffaf idarəetmə mexanizmlərinin tətbiqini təşviq etməkdir. Siyahıya milli kinonun davamlılığının təmin edilməsi, kinematoqrafiya irsimizin zənginləşdirilməsi, kino sənayesi daxilində qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli istedad potensialının yetişdirilməsi, milli kino sənayesinin beynəlxalq rəqabət qabiliyyətinin qorunması, birgə film istehsalının təşkili və qlobal kino sənayesi ilə inteqrasiya daxildir.
Bundan əlavə, agentlik xarici sərmayələrin cəlb edilməsi, daxili istehsal və yayım infrastrukturunun modernləşdirilməsi, kino mədəniyyətinin təbliği, media ilə bağlı yeni tipli informasiyanın, eləcə də Azərbaycanın kino səhnəsində innovativ kommunikasiya həllərinin təşviq edilməsini hədəfləyir.

Sayt:
arka.culture.az