Beynəlxalq Kino Məktəbi


Fəaliyyət illəri: 2007-2010 

Azərbaycan Kinematoqrafçılar İttifaqının Beynəlxalq Kino Məktəbi (rejissor və ssenari yazarlarının ali kursu) AKİ tərəfindən 2007-ci ildə təsis olunub.

Kino məktəbinin yaradılmasında əsas məqsəd gənclərin kinematoqrafiyaya marağının yüksəldiməsi, kinematoqrafiya sahəsində yüksək peşəkarlıqlı yeni kadrların hazırlanması, istedadların aşkar olunmasıdır. Məktəbdə 4 ixtisas üzrə mütəxəssislər hazırlanırdı: kinorejissor, kinodramaturq, kinoşünas, prodüser (2008-ci ildən bu ixtisaslara kinoatyorluq da əlavə olunub).

Dünya kino məşhurları ilə beynəlxalq profilli təşkilatlarla əməkdaşlıq nəticəsində tədris prosesi çərçivəsində periodik olaraq treninqlər təşkil olunub. 

Ümumilikdə, 2007-ci ildən tələbələr üçün təşkil olunan master klasslarda kino peşəkarları – rejissor, prodüser Kşiştof Zanussi, rejissor, prodüser Yan Sverak, sənədli filmlər rejissoru Georgi Xaindrava, ssenarist Pavel Finn, rejissor Qleb Panfilov, aktrisa İnna Çurikova, jurnalist, ssenarist Oleq Panfilov, kinoşünas, teleaparıcı, jurnalist, pedaqoq Kirill Razloqov, kinotənqidçi və tərcüməçi Yelena Razloqova, rejissor, prodüser və ssenarist Vitali Kanevski, Kolumbiya Universitetinin professoru, sənədli kino mütəxəssisi Peqqi Vayl, Los-Anceles kino məktəbinin peşəkarları və dünyaca məşhur kino adamları çıxış ediblər.

Beynəlxalq Kino Məktəbinin daimi tədrisi 2010-cu ilin sentyabr ayında maliyyə çatışmazlığından bağlanıb. Hazırda təlimlər kurslar şəklində davam etdirilir.

   Beynəlxalq Kino Məktəbi