215 KL Studiyası


Fəaliyyət dövrü: 1991-2004

Studiyanın ilk direktoru Nicat Əliyev olub. O, “Demokratik Rusiya” mətbuatının Zaqafqaziya üzrə müxbiri Çingiz Mustafayevlə birlikdə Qarabağ hadisələri ilə bağlı hazırladıqları reportajları efirdə yayımlamaq istəyiblər. Onların dövlət televiziyasına müraciəti müsbəq qarşılanıb. Studiyanın yaranması haqqında verilən əmrin nömrəsini özlərinə ad kimi qəbul ediblər: 215 KL (kadrovıy listok). Oktyabrın 17-də studiyanın ilk verilişi efirə verilib. Studiyanın reportaj yayımladığı ən aktiv olduğu dövr əsasən 1991–1993-cü illəri əhatə edir.

Sonrakı illərdə studiya daha çox reklam, korporativ işlər və sənədli filmlərin istehsalı ilə məşğul olub.

Studiyanın sonuncu rəhbəri Böyükağa Məmmədov olub.

2004-cü ildə "215 KL" Müstəqil Televiziya Şirkəti adı ilə dövlət qeydiyyatına alınıb.

   215 KL Studiyası