07 fevral 2025 Mənbə: aki.az

“TƏNHA” FİLMİNİN QAPALI NÜMAYİŞİ KEÇİRİLİB

“TƏNHA” FİLMİNİN QAPALI NÜMAYİŞİ KEÇİRİLİB

Fevralın 7-də Azərbaycan Kinematoqrafçılar İttifaqında rejissor Rüfət Şahbazovun “Tənha” adlı tammetrajlı bədii filminin qapalı nümayişi keçirilib.

“KAC Qrup Media” tərəfindən istehsal olunmuş film ağır xasiyyəti ucbatından ailəsini itirmiş və yaşlı vaxtında tək qalmış qadının bir günündən bəhs edir.

Filmdə Zemfira Əbdülsəmədova, Rasim Cəfər, Ləman Mərrih, Elnar Qarayev çəkiliblər.

Filmin yaradıcı heyətinin – rejissor Rüfət Şahbazov, baş prodüser Amiran Babayev, bəstəkar Tərlan Məmmədhüseynov, aktrisa Zemfira Əbdülsəmədova, aktyor Elnar Qarayev və kinotənqidçilər Sevda Sultanova, Aygün Aslanlı, Ülvi Mehdi, Xalq artisti Həmidə Ömərova, ssenarist Pərviz Məmmədov, sənətşünas, ssenarist Nadir Bədəlov, animasiya rejissoru, kino rəssamı Firəngiz Qurbanovanın iştirakı ilə baş tutan nümayişdən sonra “Tənha” filmi müzakirə olunub.

Rejissor Rüfət Şahbazov filmin fasilələrlə, təxminən, iki ilə çəkildiyini deyib: “Hekayənin ideyasını isə mənə “Ata ocağı” serialının çəkilişləri zamanı çəkiliş məkanlarından birində gördüyüm və unuda bilmədiyim yaşlı və tənha rus qadının həyatı vermişdi”.  

İndi paylaş: