11 mart 2025 Mənbə: AZƏRTAC

“CƏNNƏT YUXUSU” BƏDİİ-SƏNƏDLİ FİLMİNİN TƏQDİMATI OLUB

“CƏNNƏT YUXUSU” BƏDİİ-SƏNƏDLİ FİLMİNİN TƏQDİMATI OLUB

Martın 11-də Heydər Əliyev Mərkəzində portretçi və ornamentalist rəssam, dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinə həsr olunmuş “Cənnət yuxusu” bədii-sənədli filminin təqdimatı keçirilib.

Film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaradıcı Azərbaycan” Tədbirlər Planı çərçivəsində istehsal olunub. Ekran əsəri Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından, eyni zamanda, qədim İrəvan şəhərinin tarixi və mədəni irsindən bəhs edir.

Filmin ssenari müəllifi Yavər Rzayev, rejissoru Elxan Cəfərov, operatoru Ruslan Ağazadə, rəssamı Səbuhi Atababayevdir.

Filmdə ilk dəfə olaraq bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun “Zabul-Segah” simfonik muğamından istifadə edilib.

İndi paylaş: