Zülfiyyə Eldarqızı

Aktrisa

Doğum tarixi:

20 iyun 1972


Zülfiyyə Eldarqızı (Zülfiyyə İsmayılova Eldar qızı) Sumqayıtda anadan olub, əslən Laçındandır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu ixtisasında təhsil alıb (1989-1994).

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib (1998-2015). “Azərbaycan kino tarixi oçerkləri” (2001) dərs vəsaitinin həmmüəlliflərindən biridir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur (2008). Mətbuatda 100-dən çox məqaləsi çap olunub.

“Netflix İndoneziya” istehsalı olan “Layla Məcnun” (2021, rejissor Monti Tiva) filmində çəkilib.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisasıdır.

Hazırda Azərbaycan  Milli Konservatoriyasında çalışır.

Bədii qiraətlə də məşğuldur.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Xəyanət Rollarda