Zilli Namazov

Aktyor İkinci rejissor Rejissor assistenti Assistent Səs effektləri Filmi səsləndirən

Doğum tarixi:

08 sentyabr 1951

Vəfat tarixi:

27 dekabr 2021


Zilli Yunis oğlu Namazov Gürcüstanın Marneuli rayonunda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino-aktyor fakültəsində təhsil alıb (1974, Adil İsgəndərovun kursu).

1976-cı ildən “Azərbaycanfilm”də aktyor-rejissor kimi çalışıb. Uzun müddət televiziya sahəsində də işləyib.

Xarici film istehsalçılarının “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin) filmində, “Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya / ABŞ) filmində sərhəd zabiti rolunda çəkilib və filmin rejissor assistenti olub.

Əməkdar artist (2019) Zilli Namazov 2021-ci ildə vəfat edib.

Aktyor, rejissor Zilli Namazov aktyor İlkin Namazovun atasıdır.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu