Zeynəb Xanlarova

Musiqi ifaçısı

Doğum tarixi:

28 dekabr 1936


Zeynəb Yəhya qızı Xanlarova Bakıda anadan olub.

Bakı Pedaqoji Məktəbində (1956) və Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində (1961) təhsil alıb.

1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” və “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında təsnif və xalq mahnıları, Azərbaycan bəstəkarlarının və şərq xalqlarının mahnıları geniş yer tutur. Qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. 1986-cı ildə ona Ümumittifaq qramafon valları firmasının melodiya “Qızıl valı” təqdim olunub.

Uzun müddətdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Əməkdar artist (1967), Xalq artisti (1975), Ermənistan Xalq artisti (1978), Özbəkistan Xalq artisti, SSRİ xalq artisti (1980), Azərbaycan Dövlət mükafatı laureatıdır (1985). "Şöhrət" (1996), “İstiqlal” (2006) və "Heydər Əliyev" (2016) ordenləri ilə təltif olunub.