Zemfira Babayeva

Prodüser Baş prodüser

Doğum tarixi:

17 noyabr 1954

Vəfat tarixi:

19 iyul 2021


Zemfira Baba qızı Babayeva Bakıda anadan olub.

Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində geyim üzrə rəssam kursunda təhsil alıb (1990).

“Azərbaycanfilm” kinostudiyasında fotolaborant, kadrlar şöbəsinin müfəttişi, xarici əlaqələr şöbəsinin müfəttişi vəzifələrində (1971-1993). 1993-cü ildən Azərbaycan Kinematoqrafçılar İttifaqında fəaliyyətinə davam edib. Sədrin köməkçisi, referent vəzifəsində çalışıb və ömrünün axırına qədər də burada fəaliyyət göstərib. 2013-cü ildən Bakı Bələdiyyə Teatrının truppa müdiri kimi çalışıb.

Əməkdar mədəniyyət işçisi Zemfira Babayeva 2021-ci ildə vəfat edib.