Zema Əhədova
Animasiya rəssamı
Animator
Rəssam
Yaradıcı heyətin üzvü
Kompüter mühəndisi
Doğum tarixi:
27 dekabr 1970
Zema Anatolyevna Əhədova Gürcüstanın Suxumi şəhərində anadan olub.
Suxumi Rəssamlıq Məktəbində (1989), SSRİ Dövlət Teleradio Verilişləri Komitəsinin nəzdində Fyodr Xitrukun animator-rəssamlıq kursunda (1991-1992) təhsil alıb.
Suxumi studiyasında animasiya rəssamı olaraq fəaliyyətə başlayıb (1990-1991). 1992-ci ildən Azərbaycanda Birlik studiyasında çalışır.
Animasiya rəssamı Zema Əhədova rəssam, rejissor Cavid Əhədovun həyat yoldaşıdır.