Zəlimxan Yaqub

Əsərindən istifadə olunub Aktyor

Doğum tarixi:

21 yanvar 1950

Vəfat tarixi:

09 yanvar 2016


Zəlimxan Yaqub (Zəlimxan Yaqubov Yusif oğlu) Borçalının Bolnisi rayonunun Bolus-Kəpənəkçi kəndində anadan olub (Gürcüstan).

Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində kitab əmtəəşünası ixtisası üzrə təhsil alıb (1968-1973).

Əmək fəaliyyətinə 1967-ci ildə fəhlə kimi başlayıb. “Azərkitab” sistemində satıcı, baş satıcı, mağaza müdiri (1973-1978) və “Könüllü kitabsevənlər cəmiyyəti”ndə (1975-1985) müxtəlif vəzifələrdə çalışıb. “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri olub (1987-1994). 1992-1995-ci illərdə sərbəst bədii yaradıcılıqla məşğul olub. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub (1995-2005). Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib (2008-2016). Ədəbi fəaliyyətə 1966-cı ildə “Qələbə bayrağı” rayon qəzetində çap etdirdiyi “Şota Rustaveliyə” adlı şeirlə başlayıb. Çoxsaylı kitabları nəşr olunub. Xalq şairi (2005), “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni laureatı Zəlimxan Yaqub 2016-cı ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.