Zakir Bağırov
Doğum tarixi:
16 mart 1916
Vəfat tarixi:
08 yanvar 1996
Zakir Cavad oğlu Bağırov Şuşada anadan olub.
Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Fəhlə fakültəsinin Fortepiano sinfində (1932), Moskva Dövlət Konservatoriyası nəzdindəki Musiqi Texnikumunda (1935), Moskva Dövlət Konservatoriyasının Nəzəriyyə-bəstəkarlıq fakültəsində (1945-1949) təhsil alıb.
1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib, Avstriya, Macarıstan, Rumıniya, Finlandiya və Mancuriyada xidmət edib.
Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin bədii rəhbəri (1950-1958), Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1963-1965), Azərbaycan Musiqi Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edib Azərbaycan Dövlət Kоnservatоriyasında müəllim (1949-1996) və Musiqi nəzəriyyəsi kafedrasının müdiri (1970-1980) işləyib. “Aygün” (1972), “Qoca Xattabıç” operalarının, “Kəndimizin mahnısı” (1958), “Qayınana” (1974) operettalarının, xalq çalğı alətləri orkestri üçün süitaların (1956, 1969), fortepiano ilə orkestr üçün konsertin (1970), digər kamera-instrumental əsərlərin, mahnı və rоmansların müəllifidir. Tamaşa və filmlərə musiqilər yazıb.
Professor (1978), Əməkdar incəsənət xadimi (1960) Zakir Bağırov 1996-cı ildə vəfat edib.