Yusif Yulduz
Aktyor
İkinci rejissor
Doğum tarixi:
04 avqust 1905
Vəfat tarixi:
07 noyabr 1979
Yusif Yulduz (Yusif Əliyev Seyfulla oğlu) Bakıda anadan olub.
Leninqrad Səhnə Sənəti İnstitutunun Rejissor və dram aktyoru fakültəsində təhsil alıb (1923-1928).
Akademik Dram Teatrında fəaliyyətə başlayıb. Peşəkar təhsil alan ilk azərbaycanlı teatr rejissorudur. Azərbaycanda ilk tamaşası “Həyatin dibində” (M.Qorki) əsəri olub. Tatarıstanda, Bakı, Tiflis, İrəvan, Naxçıvan (1936-1937), Şamaxı, Gəncə Teatrında (1950-1952) fəaliyyət göstərib. 1955-ci ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti, rejissor, dublyaj rejissoru işləyib.
Yusif Yulduz 1979-cu ildə vəfat edib.