Yusif Səmədoğlu

Ssenari müəllifi Redaktor Əsərindən istifadə olunub

Doğum tarixi:

25 dekabr 1935

Vəfat tarixi:

16 avqust 1998


Yusif Səmədoğlu (Yusif Vəkilov Səməd Vurğun oğlu) Bakıda anadan olub.

Maksim Qorki adına Ədəbiyyat İnstitutunda (1953-1957), Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində (1957-1958) təhsil alıb.

"Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960-1965), "Azərbaycanfilm" kinostudiyasının ssenari redaksiya heyətinin üzvü (1965-1969), baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini (1969-1976), “Ulduz” jurnalının baş redaktoru (1976-1987), "Azərbaycan" jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləyib. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilib (1991).

Bədii yaradıcılığa 1953-cü ildə “Qanlı çörək” hekayəsi ilə başlayıb. Bir çox kitabların müəllifidir.

Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub (1991). “Şöhrət” ordeni ilə təltif olunub (1995).

Əməkdar incəsənət xadimi (1979), Xalq yazıçısı (1998) Yusif Səmədoğlu 1998-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Yazıçı Yusif Səmədoğlu şair Səməd Vurğunun oğludur.
Yazıçı Yusif Səmədoğlu şair Vaqif Səmədoğlunun qardaşıdır.