Yeganə Həsənova
Ssenari müəllifi
Rejissor
Doğum tarixi:
16 yanvar 1989
Yeganə Cansail qızı Həsənova (Yeganə Cansail) Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbi iş ixtisasında təhsil alıb (2006-2010).
Peşə fəaliyyətinə “Mədəniyyət” qəzetində jurnalist olaraq başlayıb (2008-2011). 2011-ci ildə “Gənc ədiblər məktəbi”nin üzvü olub. 2011-ci ildən ARB televiziyasında çalışır. Bir çox layihələrin müəllifi və aparıcısıdır. 2019-cu ildən həm də ssenarist kimi “Oscar” productionla əməkdaşlıq edib.
Hazırda BƏƏ-də yaşayır.