Yaşar Qarayev
Doğum tarixi:
05 mart 1936
Vəfat tarixi:
25 avqust 2002
Yaşar Vahid oğlu Qarayev Şəkidə anadan olub. 1946-cı ildə ailəliklə Bakıya köçüblər.
Azərbaycan Dövlət Universitetinin Filоlоgiya fakültəsində təhsil alıb (1954-1958).
Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş labоrant (1959), kiçik elmi işçi, baş elmi işçi, nəzəriyyə və ədəbi proses şöbəsinin müdiri (1975-1981), direktorun elmi işlər üzrə müavini (1981-1985), direktоr işləyib. 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin tənqid və ədəbiyyatşünaslıq üzrə katibi vəzifəsində çalışıb. Ədəbi yaradıcılığa 1955-ci ildən başlayıb. Mətbuatda klassiklər, müasir ədəbi prоses, teatr sənəti, elm, estetika məsələləri barədə əsərləri ədəbi ictimaiyyətin diqqətini cəlb edib. Kitabları nəşr olunub. 38 monoqrafik tədqiqat əsərinin və ədəbi-tənqidi məqalələr məcmuəsinin, 500-dən artıq məqalənin müəllifidir.
Tənqidçi, ədəbiyyatşünas, filоlоgiya elmləri dоktоru (1980), professor (1985), Dövlət mükafatı laureatı (1980), Əməkdar elm xadimi (1982), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001) Yaşar Qarayev 2002-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.